Azərbaycan neftinin qiyməti iki illik maksimumu yeniləyib | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


Azərbaycan neftinin qiyməti iki illik maksimumu yeniləyib

İqtisadiyyat A- A A+
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 61,31 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 1,61 dollar/barel çoxdur. 
 
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
Sonuncu dəfə CIF bazisində “Azeri Light”ın dəyəri cari qiyməti 2015-ci ilin iyulunda ötmüşdü – 63,61 dollar/barel.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 27-də 60,4 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,63 dollar/barel çoxdur.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 27-də 58,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,63 dollar/barel çoxdur.
 
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə oktyabrın 27-də 60,34 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,53 dollar/barel çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...