Azərbaycanın yeni iqtisadi hədəfləri mövzusunda birgə seminar keçirilib

İqtisadiyyat 11:42 04.11.2017
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycanın yeni iqtisadi hədəfləri” mövzusunda birgə seminar keçirib. Seminarın açılışında İİTKM-nin icraçı direktoru Dr. Vüsal Qasımlı “Yeni iqtisadi model quruculuğu” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Azərbaycanda yeni iqtisadi model Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulur. “Artıq ölkə iqtisadiyyatı aşağı neft gəlirlərinə tam adaptasiya olunmaqla yanaşı, həm də inkişaf edir və rəqabətqabiliyyətini artırır. “Doing Business” və “Qlobal rəqabətqabiliyyətlilik” hesabatlarında Azərbycanın mövqeyinin güclənməsi yeni iqtisadi model quruculuğunun uğuruna nümunədir. Ölkədə strateji idarəetmə mexanizmi işləyir və islahatlar dönməz və kompleks xarakter daşıyır. 2018-ci ildən başlyaraq iqtisadi artım daha yüksək tempə malik olacaq. Aparılan islahatlar və yaradılan infrastrukturun hesabına ölkənin regional və qlobal dəyər zəncirlərində mövqeləri güclənəcək.”
 
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Azərbaycanda iqtisadi islahatlar və kadr potensialının formalaşması: proses və nəticə” adlı məruzə ilə çıxış edib. Rektor əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi innovativ inkişaf barədə danışıb. O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 sentyabr 2017-ci il tarixli Fərmanına əsasən dövlət idarəçiliyi və icra hakimiyyəti orqanları üçün müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını həyata keçirən aparıcı tədris, metodik, elm və analitik informasiya mərkəzi kimi fəaliyyət göstərən Dövlət İdarəçilik Akademiyasında ölkədə insan potensialının formalaşdırılması, bu siyasətin tərkib hissəsi kimi dövlət qulluqçularının fasiləsiz hazırlığı sisteminin təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin uğurlu nəticələri və əhəmiyyəti barədə fikirlərini seminar iştirakçılarının diqqətinə çatdırıb. Akademik ölkəmizdə həyata keçirilən tədbirlərin insan potensialının keyfiyyətinin yüksəldilməsi ilə yanaşı, dinamik inkişaf edən cəmiyyətin tələblərinə cavab verən dövlət idarəçiliyi sisteminin qurulmasında da mühüm rol oynadığını qeyd edib. Ölkəmizin innovativ tərəqqisi ilə bağlı BMT, Dünya Bankı və digər nüfuzlu beynəlxalq qurumların qiymətləndirmələrinə əsaslanan təhlilləri də iştirakçıların diqqətinə çatdıran rektor vurğulayıb ki, ölkənin qısa müddətdə iqtisadi və sosial sahədə qazandığı yüksək nailiyyətləri, XXI əsrin çağırışlarının həllinə yönəlmiş dünya əhəmiyyətli təşəbbüsləri, ildən-ilə artan beynəlxalq nüfuzu Azərbaycanı bir çox istiqamətlərdə regional və qlobal liderə çevirib. Son 10 ildə ölkəmizdə davamlı inkişaf üçün iqtisadi baza yaradılıb. Azərbaycan son illərdə bir çox davamlı inkişaf göstəricilərinə və sosial indikatorlara görə “Böyük iyirmilik” və “Böyük yeddilik” ölkələrinin əksəriyyətini üstələyir. Bu uğurların kökündə yalnız yaxşı idarəçilik və dövlət institutlarının, vətəndaş cəmiyyətinin və özəl sektorun fəaliyyətinin kombinasiyası dayanır. Bu istiqamətdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın fəaliyyəti olduqca əhəmiyyətlidir.
 
Seminarda qeyd olunub ki, Dövlət İdarəçilik Akademiyasında bakalavr, magistr və doktorantlarla yanaşı, dövlət qulluqçularının hazırlanması işi də həyata keçirilir. Təkcə ötən il 1600-dən çox dövlət qulluqçusu akademiyada təlim keçib. Qərara alınıb ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə Dövlət İdarəçilik Akademiyası dövlət qulluqçuları üçün birgə yeni istiqamətli təlimlər təşkil etsin. 
 
Daha sonra “Azərbaycanın yeni iqtisadi hədəfləri” mövzusunda birgə seminarı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin makroiqtisadçısı Faiq Qasımlı iki fərqli mövzuda təqdim etdiyi məruzələr ilə davam edib. Bunlardan biri Strateji Yol Xəritələrinin timisalında Monitorinq və Qiymətləndirmə, digəri isə dövlət qurumları, müəssisə və təşkilatçıları üçün Strateji Planlaşdırmaya aid olub. 
 
Qeyd edək ki, du dəfəki təlimin iştirakçıları müxtəlif dövlət qurumlarının əməkdaşları olub.     
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO

Xəbər xətti

Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Azərbaycan Naşirlərinin I Forumunun proqramı məlum oldu
07:09 25.04.2024
Krım körpüsü bağlanıb
05:12 25.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
03:21 25.04.2024
Dövlət müəssisə və təşkilatlarında silinən vəsaitlərin ilkin dəyəri yenidən müəyyənləşdirilib
02:00 25.04.2024
İraq Prezidenti COP29-a dəvət olunub
01:00 25.04.2024
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
00:15 25.04.2024
Aqrar Universitetin nəzdində Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb
23:32 24.04.2024
Lənkəranda günəş enerjisindən isti su alındı
23:00 24.04.2024
Hamısı