Səudiyyə Ərəbistanında şahzadələrin həbsindən və yüksək vəzifəli məmurların olduğu helikopterin qəzaya uğramasından sonra "Brent" markalı neftin qiyməti 62,81 dollaradək yüksəlib.
London birjasında "Brent" ötən günlə müqayisədə 0,63 faiz yüksələrək 62,45 dollar təşkil edib.
ABŞ-ın "WTI" markalı nefti üzrə dekabr ayına olan fyuçersləri bir barrel üçün 55,95 dollar təşkil edib. Bu marka 0,54 faiz artım nümayiş etdirib.