2040-cı ilə qədər dənizlərdəki 2500-3000 neft və qaz platforması istismar ömrünü başa vuraraq söküləcək.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.
Bildirilir ki, hazırda dünyada neft və təbii qazın dörddəbiri dənizlərdən çıxarılır. Mövcud vəziyyətdə daha çox dayaz sulardakı platformalar sökülür: “Lakin qarşıdakı dövrdə daha kompleks dərin dəniz platformalarının söküntüsü gündəmə gələcək. Platformaların sökülməsi ətraf mühitə təsir baxımından yaxşıdır. Ancaq onların yenidən istismara qaytarılması kimi fərqli variantlar da qiymətləndirilir. Buna misal olaraq Meksika Körfəzindəki 500-dən çox platformanın süni rifə çevrildiyini qeyd etmək olar”.