Yaxın zamanlarda neftin qiymətində yeni rekordlar ola bilər.
Bunu Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxışı zamanı “Rosneft”in rəhbəri İqor Seçin deyib. Onun sözlərinə görə, neftin qiymətinin artımında ABŞ-ın birtərəfli sanksiya siyasəti də mühüm rol oynayır:
“Yeni qiymətlərə görə ABŞ və Avropadakı tələbatçılar bədəl ödəməli olacaqlar. Sanksiyalar dünya neft sənayesinə qeyri-müəyyənlik gətirir”.