Azexport.az portalına 2018-ci ilin ilk 6 ayında daxil olan ixrac sifarişləri 47,6 faiz faiz artıb

İqtisadiyyat 12:50 30.07.2018
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 846,5 milyon ABŞ dolları təşkil edib. 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixrac 110,5 milyon ABŞ dolları və ya 15 faiz  artıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin ilk 6 ayı ərzində Rusiyaya 319,9 milyon, Türkiyəyə 180,1 milyon, Gürcüstana 74,1  milyon, İsveçrəyə 69,3 milyon və Çinə 23,9  milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin birinci yarısında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor (140 milyon ABŞ dolları) liderliyini qoruyub. Bu siyahıda qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 60,7 milyon ABŞ dolları) ikinci və elektrik enerjisi (54,6 milyon ABŞ dolları) üçüncü olub.  
 
Ümumiyyətlə 2018-ci ilin ilk altı ayı ərzində meyvə-tərəvəz ixracı 276,7 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 71,8 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 69,7 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 37,8 milyon, kimya sənayesi məhsullarının ixracı 30,7 milyon, pambıq ipliyi ixracı 9,9 milyon ABŞ dolları təşkil edib. 
2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin ilk yarısında elektrik enerjisinin ixracı 2,2 dəfə,  alüminium və ondan hazırlanan məmulatların ixracı 24,4 faiz, pambıq ipliyinin ixracı 23,3 faiz, meyvə-tərəvəzin ixracı 20,3 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 13,7 faiz, kimya sənayesi məhsullarının ixracı 4,4 faiz artıb.
 
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 179 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında  ilk beşlikdə Rusiya (96,7  milyon ABŞ dolları), Türkiyə (25,9 milyon ABŞ dolları), İsveçrə (12,8 milyon ABŞ dolları), Gürcüstan (8,1  milyon ABŞ dolları) və Niderland (5,8  milyon ABŞ dolları) qərarlaşıb.
2018-ci ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor) dəyəri ilə birinci olub (43,2 milyon ABŞ dolları). Cari ilin iyun ayında qeyri-neft sektoru üzrə ixracda albalı və gilas (26,8 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 12,4 milyon ABŞ dolları) isə üçüncü olub. 
 
  “İxrac İcmalı”nın iyul sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı subyektlərin reytinqi də verilib. 2018-ci ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycandakı nümayəndəliyi, "Kapitan Fruits" MMC, "Baku Steel Company" MMC, “Food Export Şəmkir” MMC,  "Qala meyvə-tərəvəz ixracat idxalat" MMC, "MKT İstehsalat Kommersiya" MMC, “Azfruittrade” MMC, “Şirin Aqro” QSC, "Sun Food" MMC, İskəndərov Sahib Səməd oğlu təmsil olunub. 
 
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlərin adları var: "Det-al Alüminium" MMC, "Azərenerji" ATSC, "Azergold" QSC, “CTS-Agro” MMC, "Azərbaycan Hava Yolları" QSC, "SOCAR Methanol" MMC, "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC. 
 
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Göstərilib ki, 2018-ci ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Cari ilin ilk 6 ayında “Azərkosmos” ASC peyk və telekommunikasiya xidmətlərinin  ixracından 12,7 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.  “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib. 2018-ci ilin iyun ayında isə “Azərkosmos” ASC-nin xidmət ixracının dəyəri 1,6 milyon ABŞ dolları olub.  “Azərkosmos” ASC-nin 2018-ci ilin ilk 6 ayı ərzində xidmət ixracının həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya, Gürcüstan və digərləridir. 
 
Eyni zamanda “İxrac İcmalı”nda məlumat verilib ki, 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1325,0 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  620,4 milyon manat təşkil edib. Yəni 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 113 milyon AZN və ya 22,3 faiz artıb. 
 
2018-ci ilin iyun ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,7 milyon manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 27,3 faiz artıb.
“İxrac İcmalı”nda 2018-ci ilin yanvar-iyun ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2018-ci ilin iyun ayı ərzində Azexport.az portalına 34,2  milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Ümumilikdə isə 2018-ci ilin birinci yarısında Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 284,4 milyon ABŞ dolları təşkil edib. 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun aylarında Azexport.az portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 47,6 faiz artıb. Bu isə Azexport.az portalının ötən müddətdə dünya miqyasında daha çox tanınmasından qaynaqlanır. Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2018-ci ilin 30 iyun tarixinə kimi (18 ay ərzində) Azexport.az portalına dünyanın 96 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 759,4 milyon ABŞ dolları təşkil edib. 
İcmalın iyul sayında Azexport.az portalının yeni beynəlxalq elektron satış portalları ilə əməkdaşlığa başlaması barədə məlumata da yer verilib.
 
“İxrac İcmalı”nın iyul sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin fəaliyyəti barədə də məlumat verilib. Qeyd edilib ki, bu ilin iyul ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərə bir pəncərə prinsipi əsasında ixracla bağlı tələb olunan sertifikatlar verilib. Sertifikat verilən məhsullar Rusiya, Türkiyə, İran, İtaliya, İraq, Qazaxıstan, Gürcüstan, Ukrayna, İngiltərə, Sinqapur, BƏƏ, Çin, ABŞ daxil olmaqla dünyanın müxtəlif ölkələrinə ixrac olunub. Hazırda ölkənin qeyri-neft ixracının 10 faizindən çoxunun sənədləşdirilməsi “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində həyata keçirilir.
 
İcmalın bu sayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə “İxrac əməliyyatlarında qida təhlükəsizliyinin əhəmiyyəti və rolu” mövzusunda seminar keçirilməsi ilə bağlı məlumat da əksini tapıb.
 
Həmçinin “İxrac İcmalı”nın iyul sayında Latviyada “Azərbaycan Ticarət Evi” açılması,  İxracatçılar Klubunun növbəti iclasının keçirilməsiı və s. məsələlər barədə də məlumatlar verilib.
“İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməkdir.
 
  “İxrac İcmalı” ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı