"Moody's" reytinq agentliyi dərc etdiyi hesabatında Azərbaycanda 219-cu ildə iqtisadiyyatım artım templərinin sürətlənəcəyini gözlədiyini açıqlayıb.
Eurasia Diary bildirir ki, Moody"s Azərbayan iqtisadiyyatında Ümumi Daxili Məhsulun artımın cari il 1.5 faiz, 2019- cu ildə isə 3 faiz olacağını gözləyir. Bu barədə agentlik bunları qeyd edir:
" Ötən il neft qiymətlərinin 54 dollar səviyyəsində olması ilə yaranmış əlverişli iqtisadi mühit, milli valyutanın stabilliyi və infliyasiya səviyyəsinin azalması ölkə iqtisadiyyatının bərpa olunmasına səbəb olub. Biz Azərbaycanın Ümumi Daxili Məhsulunun 2018- ci ildə 1.5 faiz, 2019- cu ildə 3 faiz artacağını və bunun ölkədə istehsal olunan məhsulların ixracatındakı artım hesabına baş verəcəyini hesab edirik"