Aİ-95 və Aİ-98 markalı benzinin qiyməti qalxandan sonra avtomobillərə qaz avadanlıqları quraşdırmaq istəyənlərin sayı artıb.
Bunu “Evroqaz” şirkətinin müdiri Emin Alışırov məsələ ilə bağlı Modern.az-a deyib. O, bildirib ki, benzin qiyməti qalxandan sonra avtomobillərinə qaz avadanlığı quraşdırmaq üçün müraciət edənlər çoxalıb: “Propan qazının bir litri 40 qəpikdir, Aİ-95 markalı benzin isə 1 manat 50 qəpikdir. Bu da hər il 2000 manata qənaət etmək üçün real imkandır”.
E.Alışırov bildirib ki, “Euroqaz”ın quraşdırdığı avadanlıqlar İtaliya istehsalılıdr. “Avadanlıqların qiyməti silindr sayına görə dəyişir. 4 silindr üçün 1550 manat, 6 silindr üçün 1800 manat, 8 silindr üçün 2200 manat təşkil edir”. (qafqazinfo)