Bu ilin noyabr-dekabr aylarında Polşanın paytaxtı Varşavada və Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Ticarət Evi”nin açılması nəzərdə tutulur.
Bu barədə AZPROMO-nun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev deyib.
O qeyd edib ki, həmçinin ilin sonunda Monqolustan, Rusiya, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Çin, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə ixrac missiyaları həyata keçiriləcək.