"Türkiyə hökuməti TAP və TANAP layihələrinə sona qədər dəstək göstərməkdə davam edəcək".
Bunu bu gün Yunanıstanın Soloniki şəhərində keçirilən TAP-ın təməlqoyma mərasimində çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak deyib.
Nazir qeyd edib ki, TANAP və TAP təhlükəsiz transmilli dəyər zəncirinin yaranmasında yeganə yoldur: "Bu yol vasitəsilə əməkdaşlıq və tərəfdaşlıq çərçivəsində rəqabətli, dinamik, səmərəli və davamlı enerji bazarlarına sahib olmaq mümkün olacaq. Türkiyə təchizat diversifikasiyasını, o cümlədən enerji təhlükəsizliyini gücləndirmək üçün bütün iqtisadi layihələri müzakirə etməyə hazırdır".
Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov isə deyib ki, TAP Avropa ölkələrinə nəinki enerji mənbələrini, habelə marşrutlarını diversifikasiya etmək imkanı yaradır: "Bu layihə Avropa ölkələrinə enerji təhlükəsizliyi məsələsində ciddi dəstək verəcək".
"APA"