Cari ilin yanvar-avqust ayında Azərbaycanda ticarət əməliyyatlarının həcmi ümumilikdə 19 milyard 743 milyon 395 min ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, səkkiz ayda ticarət əməliyyatlarının ümumi həcminin 6 milyard 863 milyon 451 min dolları idxalın, 12 milyard 879 milyon 943 min dolları isə ixracın payına düşüb.