Son üç ildə SOCAR-ın təsdiq edilmiş qaz ehtiyatları 15 milyard kubmetrdən çox azalıb.
Eurasia Diary "AZƏRTAC"a istinadla xəbər verir ki, bu barədə SOCAR-ın 2017-ci il üzrə “Davamlı inkişaf haqqında hesabat”ında deyilir.
Bildirilir ki, şirkətin təsdiq edilmiş qaz ehtiyatları 2015-ci ildə 55 milyard 2 milyon kubmetr olub. 2016-cı ildə 51 milyard 978 milyon kubmetr təşkil edən SOCAR-ın qaz ehtiyatları ötən il 29 milyard 927 milyon kubmetrə düşüb.