Azərbaycanla Moldova arasında əməkdaşlığa dair protokol imzalanıb | Eurasia Diary - ednews.net

18 İyun, Çərşənbə axşamı


Azərbaycanla Moldova arasında əməkdaşlığa dair protokol imzalanıb

İqtisadiyyat A- A A+

Kişinyovda Azərbaycan ilə Moldova arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində “Azərbaycan-Moldova Qarışıq Komissiyası”nın növbəti iclası keçirilib.

Bu barədə Eurasia Diary "Report"a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata istinadən xəbər verir.

Məlumata görə, görüşdə Azərbaycan nümayəndə heyətinə nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Həbib Həsənov, Moldova nümayəndə heyətinə isə bu ölkənin İqtisadiyyat və İnfrastruktur Nazirliyinin Avtomobil Nəqliyyatı İdarəsinin rəisi xanım Yelena Koçkovski rəhbərlik edib.

Y.Koçkovski Moldovada son vaxtlar beynəlxalq avtomobil daşımaları sahəsində qəbul edilən qanunlar, yeni sistemlə tətbiq edilən yol vergiləri ödənişləri, eyni zamanda nəqliyyat vasitələrinin sürücülərinin iş və istirahət rejimini qeydiyyata alan rəqəmli taxoqrafların tətbiqi barədə ətraflı məlumat verib. H.Həsənov isı son illər Azərbaycanda həyata keçirilən irimiqyaslı islahatlardan, Azərbaycan-Moldova ikitərəfli əlaqələrindən, həmçinin yol-nəqliyyat infrastrukturundakı yeniliklərdən, həyata keçirilən regional layihələrdən danışıb.

Eyni zamanda, avtomobil daşımaları sahəsində Azərbaycan avtodaşıyıcılarının Moldova avtodaşıyıcılarına nisbətdə üstünlük təşkil etdiyini nəzərə alaraq, 2019-cu ildə ikitərəfli daşımalar və tranzit keçid üçün "İcazə"lərin artırılması barədə tərəflər razılığa gəlib.

Sonda əməkdaşlığa dair Protokol imzalanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...