Qazaxıstan 2019-cu ildə Azərbaycan ərazisindən neft və neft məhsullarının tranzitinin mümkünlüyünü araşdırır. Eurasia Diary xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Enerji Nazirliyi məlumat verib.
Çərşənbə axşamı Bakıda "Azərbaycan ərazisindən Qazaxıstan neftinin və neft məhsullarının daşınması" və Qazaxıstanda istehsal olunan mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə daşınması" üzrə Azərbaycan-Qazaxıstan işçi qruplarının ilk iclası keçirilib".
Görüş zamanı tərəflər 2019-cu ildən Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan vasitəsilə nəql və tranzit imkanlarını müzakirə ediblər. Həmçinin, Qazaxıstanın mayeləşdirilmiş qazının Azərbaycan vasitəsilə üçüncü ölkələrə çatdırılması imkanları müzakirə olunub ", - hesabatda deyilir.