Səudiyyə Ərəbistanı və Rusiya neft hasilatını artırmaq imkanına malik deyil, bu isə neftin artmasına gətirib çıxaracaq, deyə İranın OPEC-dəki idarəçisi Hüseyn Kazımpur Ərdəbili söyləyib. Bu barədə Eurasia Diary "Reuters"ə istinadən xəbər verir.
Qeyd edək ki, neft ölkələrinin toplantısı zamanı hasilatın artmayacağına qərar verilib. Bu gün neftin bareli son 4 ildə ən yüksək qiymətə çataraq 80 dolları keçib.
“Onlar aşağı sürətlə və gec bir zamanda bunu edəcəklər və neftin qiyməti qalxacaq”.
Səudiyyə Ərəbistanı Neft Naziri Xalid əl-Falih neft hasilatının artırılmasına ehtiyac olmadığını söyləmişdir.
Neft kvotasının dəyişməsi üçün növbəti konfrans lazımdır və bu Dekabrdan tez keçirilməyəcək.