Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu işə başlayıb

İqtisadiyyat 10:38 27.09.2018

Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının iclası keçirilib, əməkdaşlığa dair Saziş imzalanıb

Sentyabrın 27-də Bakıda, Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.

Eurasia Diary "AZƏRTAC"a istinadən xəbər verir ki, Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak edirlər.

Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş tərkibdə iclası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev belə formatda keçirilən tədbirlərin işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün mümkün əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi baxımından əlverişli platforma olduğunu vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlətlərimizin başçıları ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir. Prezidentlərin, rəsmi nümayəndə heyətlərinin və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Bu il sentyabrın 1-də Azərbaycan Prezidentinin Rusiyaya rəsmi səfəri çərçivəsində dövlət başçıları ticarət-iqtisadi əlaqələrin hazırkı vəziyyətini hərtərəfli təhlil edib, bu sahədə gələcək əməkdaşlıq üçün prioritetlər müəyyənləşdirilib, 6-sı biznes dairələr arasında olmaqla ümumilikdə 17 sənəd imzalanıb.

“Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən biri də ticarət əməkdaşlığıdır və bu sahədə müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxalda Azərbaycanın əsas tərəfdaşı, qeyri-neft məhsullarımızın ixracında isə ilk sıradadır. Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks tədbirlər görülüb. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və şirkətlərin ölkələrimizdə keçirilən beynəlxalq sərgilərdə iştirakı belə tədbirlərdəndir. Hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və Həştərxan şəhərlərində Azərbaycanın ticarət, şərab və çay evlərinin açılması istiqamətində tədbirlər görülür”, - deyə Şahin Mustafayev bildirib.

Qarşılıqlı investisiya qoyuluşu sahəsində də fəal əməkdaşlıq həyata keçirildiyini vurğulayan nazir deyib: “Azərbaycan Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiya isə Azərbaycana 4 milyard dollardan artıq investisiya qoyub. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması, Azərbaycan şirkətlərinin Rusiyada həyata keçirdiyi layihələr, o cümlədən Yessentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodu, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və digər layihələr qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurlu layihələrdəndir".

Azərbaycanın Rusiya ilə ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayan Şahin Mustafayev bu sahədə Azərbaycan–Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının əhəmiyyətli rol oynadığını qeyd edib, sənaye, energetika, turizm, nəqliyyat, kənd təsərrüfatı, İKT və digər sahələrdə geniş əməkdaşlıq imkanlarının olduğunu diqqətə çatdırıb.

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin IX Azərbaycan-Rusiya Regionlararası Forumunun Bakıda keçirilməsindən məmnunluğunu bildirib, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü qeyd edib. O deyib ki, kənd təsərrüfatı, nəqliyyat, sənaye və sair sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir.

M.Oreşkin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında regional əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu deyib və bu baxımdan Forumun əhəmiyyətini diqqətə çatdırıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiyanın Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, İşgüzar Şura iş adamları arasında əlaqələri genişləndirmək, işgüzar dairələr və dövlət qurumları arasında dialoq qurmaq, yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə yaradılıb. Azərbaycan-Rusiya İşgüzar Şurasında kənd təsərrüfatı, sənaye, logistika, nəqliyyat, bank, neft-kimya sahələrində iri, eləcə də kiçik və orta biznes nümayəndələri təmsil olunur.

Səməd Qurbanov Azərbaycan iş adamları tərəfindən Rusiyada həyata keçirilən layihələr barədə də məlumat verib.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik isə çıxışında işgüzar şuraların fəaliyyətinin ölkələrimiz arasında əlaqələrin inkişafında əhəmiyyətli olduğunu qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov və Rusiya Federasiyasının Novqorod vilayətinin qubernatoru Andrey Nikitin çıxışlarında Bakı və Novqorodun potensialı, bu şəhərlərdə görülən işlər və regional əməkdaşlıq imkanları barədə məlumat veriblər.

“Azərmaş” şirkətinin sədri Emin Axundov, “Qazprombank”ın vitse-prezidenti Aleksey Çiçkanov və digər şirkət təmsilçiləri isə ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlıq, reallaşdırılan birgə layihələr və əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.

Sonra Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sənədi Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik imzalayıblar.

Hazırda IX Azərbaycan-Rusiya Regionlararası Forumu Heydər Əliyev Mərkəzində və Bakı Biznes Mərkəzində təşkil olunmuş 7 istiqamət üzrə (sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə) “dəyirmi masa”larla davam edir.

Doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumunun plenar iclası da keçiriləcək.

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO

Xəbər xətti

“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Qazaxın qaytarılan 4 kəndi xarici mediada işıqlandırılıb - FOTO
12:10 24.04.2024
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
ABŞ kiberhücumlara görə İran şirkətlərinə və şəxslərə qarşı sanksiyalar tətbiq edir
12:05 24.04.2024
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb
11:54 24.04.2024
Laçında, Həkəri çayının sahilində peşə yarmarkası keçiriləcək
11:51 24.04.2024
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
"Sülh müqaviləsi bütün manipulyasiyalara son qoyacaq" - Tural Gəncəliyev - VİDEO
11:44 24.04.2024
Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO
11:40 24.04.2024
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
İtaliyada dondurma satışına məhdudiyyət gətirir
11:30 24.04.2024
Sadır Japarov Azərbaycana gəldi
11:24 24.04.2024
AMEA-da iki elmlər doktoruna BÖYÜK VƏZİFƏ verildi
11:18 24.04.2024
Hindistan ballistik raket atıb
Hindistan ballistik raket atıb
11:15 24.04.2024
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
Ən çox spirtli içki qəbul edən ölkələr açıqlanıb - TOP 10
11:00 24.04.2024
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
Rusiya XİN: Qərb Cənubi Qafqazın stabilliyini pozur
10:45 24.04.2024
Çernobıl faciəsinin 38-ci ildönümü qeyd edilib - FOTOLAR - VİDEO
10:44 24.04.2024
Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb
10:40 24.04.2024
Hamısı