"Əgər tərəflər arasında yaxşı humanitar əlaqələr varsa bu həmişə iqtisadi və siyasi əməkdaşlığa müsbət təsir göstərir. Udmurtiya və Azərbaycan bunun parlaq nümunəsidir".
Bu sözləri Eurasia Diary Putin və Əliyev arasında danışıqların keçiriləcəyi IX Rusiya-Azərbaycan regionlararası forumunda Udmurtiya Respublikası Hökuməti sədrinin birinci müavini Aleksandr Svinin söyləyib.
"Azərbaycan və Udmurtiya arasında uzunmüddətli humanitar əlaqələr mövcuddur. Bölgədə Azərbaycan dilinin pulsuz kursları, “Dostluq” Azərbaycan Mədəniyyət və Təhsil Mərkəzi fəaliyyət göstərir. Udmurtiyada 130-dan çox millət yaşayır. Bu mənada bizim bölgəmiz kompakt ərazisində sülh və harmoniya şəraitində çoxmillətli əhalinin yaşadığı Azərbaycanla çox oxşardır. Ona görə də biz "Azərbaycanla humanitar əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq, - Aleksandr Svinin deyib.
Azərbaycanın İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov öz növbəsində "Eurasia Diary"-ə bildirib ki, Azərbaycanda bütövlükdə Azərbaycanla Rusiya Federasiyasının regionları arasında ikitərəfli ticarət və iqtisadi əlaqələrin inkişafına optimist yanaşma var.
"Bugünkü forumda Udmurtiya tərəfinin təqdimatı sayəsində biz bir sıra mövcud və mümkün əməkdaşlıq sahələrini qeyd etdik. Bu maşınqayırma sənayesi və mebel sənayesidir", - deyə Niyazi Səfərov bildirib.
O həmçinin, əlavə edib ki, Azərbaycan öz növbəsində, sənaye sahəsində Udmurtiya ilə əlaqələr qurmağa hazırdır.
"Azərbaycanda rəqabət qabiliyyətli məhsullar istehsal edən bir çox müəssisə var. Ölkə onu Udmurtiyaya ixrac etməyə hazırdır. Azərbaycan eləcə də, Rusiyanın bu bölgəsi ilə birgə müəssisələrin yaradılmasında maraqlıdır".
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb.
Azərbaycanın İqtisadiyyat Nazirliyi və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak edirlər.
Hazırda IX Azərbaycan-Rusiya Regionlararası Forumu Heydər Əliyev Mərkəzində və Bakı Biznes Mərkəzində təşkil olunmuş 7 istiqamət üzrə (sənaye və energetika, turizm, kənd təsərrüfatı, kiçik və orta sahibkarlıq, nəqliyyat və tranzit, qadın sahibkarlığı və humanitar sahələrdə) “dəyirmi masa”larla davam edir.
Doqquzuncu Azərbaycan-Rusiya Regionlararası Forumunun plenar iclası da keçiriləcək.