AZAL və CANSO saziş imzaladı

İqtisadiyyat 19:40 27.09.2018

Sentyabrın 27-də CANSO (Civil Air Navigation Services Organization) Beynəlxalq mülki aviasiya aeronaviqasiya təminatı provayderləri təşkilatının ali rəhbərliyinin nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib. Nümayəndə heyətinə təşkilatın baş direktoru Cef Pul (Jeff Poole) başçılıq edib. Bu barədə Eurasia Diary "Oxu.az"a istinadla xəbər verir.

Qonaqlar Azərbaycanın mülki aviasiya obyektləri, o cümlədən “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi (ASEC) və  Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi ilə tanış olublar. 

AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə 2020-ci ildə Bakıda Ümumdünya aeronaviqasiya sammitinin keçirilməsi məsələləri müzakirə olunub. Bundan başqa, tərəflər həmçinin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi və CANSO arasında əməkdaşlıq perspektivlərini, o cümlədən AZANS-ın CANSO Europe icraiyyə komitəsinə qoşulması, həmçinin Azərbaycan mütəxəssislərinin təşkilatın işçi qruplarında iştirakı məsələlərini müzakirə ediblər.

Görüşdə həmçinin 2020-ci il Sammitinə kimi CANSO birgə təlim mərkəzinin yaradılması və süni intellektdən istifadə olunaraq Hava Hərəkətini İdarəetmə Mərkəzinin açılması müzakirə olunmuşdur. Hazırda yalnız 2020-ci ilədək işlənib hazırlanmış inkişaf strategiyası Bakıda keçiriləcək 2020-ci il Sammitində qəbul olunacaq.

Cef Pul dünya aviasiya birliyi üçün getdikcə daha da cəlbedici olan Azərbaycan mülki aviasiyanın böyük nailiyyətlərini vurğulamışdır. Aviaşirkətlər ən müasir aeronaviqasiya təminatı sistemi sayəsində uçuşların təhlükəsizliyini yüksək səviyyədə təmin edən  Azərbaycanın ərazisi üzərindən uçmağa daha çox üstünlük verirlər. Növbəti illərdə Azərbaycan üzərindən uçuşların artacağı proqnozlaşdırılır.

Görüşün yekunlarına əsasən Cahangir Əsgərov və Cef Pul 2020-ci il 8-12 iyun tarixlərində Bakıda CANSO aeronaviqasiya sammitinin keçirilməsi haqqında saziş imzalayıblar.

Xatırladaq ki, CANSO AGM-2020-nin keçirilməsi üçün Bakının namizədliyi Banqkokda İcraiyyə komitəsinin (FAA (ABŞ), Kanada, Almaniya, Çexiya, Argentinanın aeronaviqasiya sistemləri, Sinqapur, Tanzaniya, Böyük Britaniya və Səudiyyə Ərəbistanının mülki aviasiya administrasiyalarının rəhbərlərindən ibarətdir) iclasında yekdilliklə seçilib. Daha sonra CANSO-nun baş məclisi zamanı Bakının namizədliyinin lehinə 70-dən çox ölkə səs verib.

“Global ATM Summit” illik sammiti mülki aviasiya sahəsində ən mötəbər tədbirlərdən biridir. Sammitdə dünyanın 100-dən çox ölkəsindən 250-dən çox iştirakçı iştirak edir. Bu tədbir miqyasına görə tez-tez aviasiya sahəsində olimpiada ilə müqayisə edilir.

Azərbaycanın mülki aviasiya tarixində bu cür böyük və əhəmiyyətli sammit Bakıda ilk dəfə olaraq keçiriləcək. CANSO-nun böyük əhəmiyyətli beynəlxalq sammitin keçirilməsini Bakıya etibar etməsi qərarı Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiyaya göstərdiyi daimi diqqət və qayğısının, eyni zamanda bu sahədə əldə olunan uğurların əyani göstəricisidir.

“Azərbaycan Hava Yolları” QSC-nin struktur bölməsi olan “Azəraeronaviqasiya” (AZANS) Avropa və Asiyanı birləşdirən əsas hava hərəkəti idarəsidir. Hər il Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir. Azərbaycanın əlverişli coğrafi mövqeyi həmçinin ölkə ərazisində postsovet məkanında yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) açılmasına imkan verib.

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO

Xəbər xətti

Şuşalılar doğma yurdlarına qayıdırlar - VİDEO
09:22 20.04.2024
“Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür" - Hikmət Hacıyev
09:15 20.04.2024
Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Hamısı