Çində ilk “Azərbaycan Ticarət Evi” fəaliyyətə başladı

İqtisadiyyat 23:40 28.09.2018

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, Azərbaycanda istehsal edilən məhsulların ixracının təşviqi və genişləndirilməsi, "Made in Azerbaijan" brendinin xarici ölkələrdə tanıdılması, yerli məhsulların satışı sahəsində fəaliyyətin bilavasitə həmin ölkələrdə təşkili və əlaqələndirilməsi məqsədilə xarici ölkələrdə ticarət evlərinin açılması prosesi davam edir.

Eurasia Diary xəbər verir ki, sentyabrın 28-də Lucou şəhərində keçirilən “Çin Lucou Cənub-Qərb məhsullar sərgisi” çərçivəsində Çində ilk “Azərbaycan Ticarət Evi”nin açılışı olub.

Lucou şəhər rəhbərliyinin, Çinin ticarət və biznes qurumlarının nümayəndələrinin, iş adamlarının, sərgiyə qatılan xarici ölkələrin təmsilçilərinin iştirak etdikləri tədbirdə Çin Ərzaq Məhsullarının İxracı və İdxalı üzrə Ticarət Palatasının vitse-prezidenti Su Siaoxu qeyd edib ki, ölkələrimiz arasında tarixən yaranmış münasibətlər hazırda müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Çində “Azərbaycan Ticarət Evi” iqtisadi-ticari əməkdaşlığımızda yeni mərhələ olmaqla yanaşı, Azərbaycan məhsullarının Çin alıcılarına tanıdılması baxımından vacib rol oynayacaq.

Ölkəmizin Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı bildirib ki, Azərbaycan Çin ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir və ikitərəfli əlaqələrin bütün sahələr üzrə dərinləşməsində maraqlıdır. Hazırkı Azərbaycan-Çin əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə seçilən çoxşaxəli ciddi tərəfdaşlıq münasibətləri kimi səciyyələndirildiyini diqqətə çatdıran diplomat bildirib ki, dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında mövcud olan siyasi dialoq və ikitərəfli əlaqələrimizlə bağlı əldə etdikləri razılaşmalar bütün sahələrdə, xüsusilə də iqtisadi sahədə əlaqələrin dərinləşməsi üçün möhkəm özül rolunu oynayır.

Səfir Ə.Zeynallı “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan-Çin əlaqələrinin inkişafında yeni imkanlar açdığını, bu xüsusda Azərbaycanın Çinin vilayətləri ilə də əlaqələrinin inkişaf etdiyini diqqətə çatdırıb. Siçuan vilayətinin Lucou şəhərindəki Azad Ticarət Zonasında “Azərbaycan Ticarət Evi”nin açılması bunun bariz nümunəsidir. Bu ticarət evi Azərbaycan məhsullarını təqdim etməklə yanaşı, ölkəmizin iqtisadi potensialı, turizm və nəqliyyat-logistika imkanlarına dair məlumatların Lucouda geniş yayılmasına imkan yaradacaq.

Sonra mərasim iştirakçıları “Azərbaycan Ticarət Evi” ilə tanış olublar.

Qeyd edək ki, Yancı çayının üzərində yerləşən və liman şəhəri olan Lucouda açılan “Azərbaycan Ticarət Evi”nin ümumi sahəsi 600 kvadratmetrdir. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki səfirliyinin və ticarət nümayəndəliyinin, Lucou şəhər hakimiyyətinin və “Eastern Allfriends” şirkətinin təşkilatçılığı ilə açılan “Azərbaycan Ticarət Evi”ndə ölkəmizdə istehsal olunan ixracyönümlü və rəqabət qabiliyyətli məhsullar, o cümlədən müxtəlif növ ərzaq və qeyri-ərzaq məhsulları, meyvə-tərəvəz və onlardan emal olunmuş məhsullar (meyvə şirələri, kompotlar, konservlər, mürəbbələr, turşular, bitki yağları), çay, mineral sular, spirtli içkilər və s. nümayiş olunur. Azərbaycan iri memarlıq nümunələrinin elementləri əsasında dizayn edilmiş ticarət evində məhsullarımızın sərgisi, topdan və pərakəndə satışı, habelə dequstasiyası həyata keçiriləcək. Bundan başqa, ticarət evi Azərbaycan məhsullarının Çin bazarında daha çox tanıdılmasına, ixracın təşviqi və genişləndirilməsinə dəstək göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcəkdir.

Ticarət evini ziyarət edənlər müvafiq stendlər, fotoşəkillər vasitəsilə Azərbaycanın investisiya imkanlarına, biznes mühitinə, nəqliyyat-logistika imkanlarına, turizm və kənd təsərrüfatı potensialına dair geniş məlumat əldə edəcəklər. Azərbaycan xalqının əsrlər boyunca yaratdığı mədəni irsin də təbliğ olunduğu ticarət evində nümayiş edilən eksponatlar, xalça nümunələri, milli geyimlər, müxtəlif nəşrlər, milli suvenirlər xalqımızın zəngin mədəniyyəti haqqında təsəvvür yaradır.

Mərasim iştirakçıları Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara həsr olunan filmə baxıblar.

Ticarət evinin açılması ilə paralel olaraq, Çinin qərb hissəsində 34 marketi əhatə edən “EAF” şəbəkəsində “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab və nar şirələrinin satışına başlanılıb.

Bu il 6-cı dəfə keçirilən “Çin Lucou Cənub-Qərb məhsullar sərgisi”ndə 16 ölkə, o cümlədən Azərbaycan fəxri qonaq qismində təmsil olunub.

Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı sərginin açılış mərasimində çıxış edərək, iki ölkə arasında münasibətlərin inkişafından, Azərbaycanın Çinin vilayətləri ilə iqtisadi, mədəni sahədə əməkdaşlığından danışıb.

Sərgidə fəaliyyət göstərən milli pavilyonda “Made in Azerbaijan” brendi ilə istehsal olunan şərab növləri nümayiş olunub.

Qeyd etmək lazımdır ki, 5,5 milyon əhalisi olan Lucou şəhəri aid olduğu Siçuan, habelə Yunnan və Quycou vilayətlərinin, Çinin ən böyük bələdiyyəsi olan Çunçin şəhərinin arasında yerləşməklə, əhəmiyyətli nəqliyyat-ticarət qovşağı hesab olunur.

Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO

Xəbər xətti

Millət vəkilləri arasında gərgin anlar yaşandı
23:40 19.04.2024
Azadlığına qovuşan Əskipara: Kənd sakinləri sevinclərini bölüşdülər - VİDEO
23:20 19.04.2024
Aİ-dən Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı razılaşmaya REAKSİYA
23:00 19.04.2024
İmran Əliyev həbs edildi
İmran Əliyev həbs edildi
22:40 19.04.2024
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
Saakaşvili yenidən siyasi arenaya qayıdır? - Namizədliyini irəli sürdü
22:20 19.04.2024
İcma: G7 Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərər vurur
22:00 19.04.2024
DİM: 485 nəfər buraxılış imtahanına gəlməyib
21:40 19.04.2024
İl ərzində Azərbaycanda törədilən 8 930 cinayətin 85 faizi açılıb
21:20 19.04.2024
IX  illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələri ELAN OLUNDU
21:02 19.04.2024
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
SpaceX kosmosa 23 Starlink peyki göndərdi
21:00 19.04.2024
Qazaxıstanda veyp rəsmən qadağan edilib
Qazaxıstanda veyp rəsmən qadağan edilib
20:20 19.04.2024
Bu il mənzil satışında bahalaşma olacaq? - EKSPERTDƏN AÇIQLAMA
20:00 19.04.2024
Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb
19:40 19.04.2024
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
Cenevrədə ilk "Türk Həftəsi" keçiriləcək
19:20 19.04.2024
Niyə yuxu görürük? -ARAŞDIRMA
Niyə yuxu görürük? -ARAŞDIRMA
19:00 19.04.2024
Umud Mirzəyev Qazaxın 4 kəndinin qaytarılmasından danışdı: "Tarixi hadisələrə şahidlik edirik"
18:58 19.04.2024
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
Cəlilabadda yol qəzası olub, 4 nəfər yaralanıb
18:40 19.04.2024
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
ABŞ İsrailin fiziki və hüquqi şəxslərinə qarşı sanksiyalar tətbiq edib
18:20 19.04.2024
XİN: Ermənistan Azərbaycanın işğal altında olan 4 kəndinin geri qaytarılmasına razılıq verib
17:53 19.04.2024
Vilayət Eyvazov vacib tapşırıqlar verdi
17:50 19.04.2024
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa GƏLDİ
17:40 19.04.2024
Demarkasiya prosesində bu sənəd rəhbər TUTULACAQ
17:38 19.04.2024
Dörd kəndlə bağlı protokol 15 mayadək İMZALANMALIDIR
17:34 19.04.2024
Bakıda saxta təmizlik məhsulları istehsal edən sex AŞKARLANDI
17:30 19.04.2024
SON DƏQİQƏ: Qazaxın 4 kəndi Azərbaycana QAYTARILACAQ
17:21 19.04.2024
Xınalığa dolu düşüb - VİDEO
17:10 19.04.2024
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
Özünü İranın Parisdəki Konsulluğunda partladacağını bildirən şəxs saxlanılıb
16:59 19.04.2024
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək, Şoltsla danışıqlar aparacaq
16:33 19.04.2024
Fuad Abbasov: "Erməniləri haqlı çıxarmaq avropalılar üçün olduqca asandır" - VİDEO
16:30 19.04.2024
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək
16:18 19.04.2024
Abel Məhərrəmov məhkəməyə verildi
16:15 19.04.2024
G7 XİN rəhbərləri Azərbaycanla Ermənistanı sülh prosesinə sadiq olmağa çağırıb
16:05 19.04.2024
Türkiyəli Politoloq: "Ölkəmiz Ermənistan sülh istəyənə qədər əməkdaşlıq etməyəcək" - ÖZƏL VİDEO
16:05 19.04.2024
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB
15:55 19.04.2024
Türkiyə XİN İsraillə İrana çağırış edib
15:50 19.04.2024
“Babamın Ermənistanda çəkdikləri zülmlərdən danışanda ağlayırdım” – Murtaza Karaçanta - VİDEO
15:45 19.04.2024
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyət müzakirə ETDİ
15:40 19.04.2024
Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın etirazları əsasında dinləmələr başa çatıb
15:30 19.04.2024
Ermənistan tərəfindən çıxış edən hüquq professorundan NÖVBƏTİ ƏSASSIZ İDDİA - Beynəlxalq Ədalət Məhkəməsinin SON GÜNÜ
15:28 19.04.2024
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
MKİ direktoru: İranın İsrailə hücumu "möhtəşəm uğursuzluq" idi
15:20 19.04.2024
Hamısı