"Ford" avtomobil şirkəti davam edən ticarət müharibəsində etdiyi zərərlər haqqında informasiya yayıb.
Eurasia Diary EkoNews-a istinadla xəbər verir ki, "Ford"un rəhbəri Cim Hacket ABŞ prezidenti Donald Trampın vergi rüsumlarını artırmasına görə 1 milyad dollar dəyərində ziyanla üz-üzə olduqlarını deyib.
"ABŞ-ın avtomobil hissələrinin düzəldilməsi üçün lazım olan metallara əlavə vergi tətbiqindən sonra şirkətimiz 1 milyard dollar itirəcək. Maraqlısı odur ki, biz bu metalların böyük hissəsini ABŞ-dan idxal edirik".