Vergilər Nazirliyi əhaliyə göstərdiyi elektron xidmətlərin sayına görə mərkəzi icra hakimiyyəti orqanları arasında öndədir.
Eurasia Diary Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a verilən məlumata istinadla xəbər verir ki, nazirlik tərəfindən elektronlaşdırılması mümkün olan 69 xidmət növü müəyyənləşdirilərək “Elektron xidmətlərin siyahısı”na daxil edilib. Bu xidmətlərdən 26-sı Dövlət qeydiyyatı və uçota nəzarət departamenti tərəfindən göstərilən xidmətlərdir.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı 2012-ci ilin fevralından tətbiq edilir. Həmin tarixdən indiyədək 27 mindən çox hüquqi şəxsin və ya ümumi qeydiyyata alınmış hüquqi şəxslərin 52,3 faizinin qeydiyyatı bu üsulla aparılıb. 2017-ci ilin yekunlarına görə isə hüquqi şəxslərin 69,4 faizi elektron qeydiyyatdan keçib.