Vüsal Qasımlı www.enterpriseazerbaijan.com portalını Silikon vadisində təqdim edib

İqtisadiyyat 12:47 30.09.2018

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı ABŞ-ın San-Fransisko şəhərinə səfər edib. Səfərin məqsədi www.enterpriseazerbaijan.com portalının ABŞ investorlarına təqdim edilməsi olub.

Eurasia Diary xəbər verir ki, V.Qasımlı səfərin gedişində Silikon Vadisində aparıcı mələk, toxum və vençur investorlarla görüşlər keçirərək, Portal barədə onlara ətraflı məlumatlar təqdim edib. Müzakirələr zamanı Azərbaycanda startup layihələri, biznes ideyalarının maliyyələşdirilməsi imkanlarından danışılıb. Eyni zamanda www.enterpriseazerbaijan.com portalındakı layihələrin ABŞ-da kraudfandinq və kraudinvestinq edilməsi ilə bağlı  müzakirələr aparılıb.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı həmçinin ABŞ-ın Kommersiya Xidmətinin Silikon vadisindəki nümayəndələri ilə də görüşlər keçirib. Ümumi müzakirələr zamanı qeyd olunub ki, Azərbaycanda aparılan iqtisadi islahatlar ölkədə ictimai siyasi və makroiqtisadi sabitlik və yaradılan infrastruktur, ölkənin Şərq-Qərb və Şimal – Cənub dəhlizlərində yerləşdirilməsi bu ölkəyə sərmayə yatırılması imkanlarını genişləndirir. V. Qasımlı bildirib ki, görüşlər zamanı ABŞ investorlarının diqqətini daha çox Azərbaycanda həyata keçirilən layihələr, biznes, regional bazarlara yaxşı çıxış imkanları cəlb edib.

V. Qasımlı Azərbaycanda həyata keçirilən innovativ layihələr, elektron hökumət, Rəqəmsal Ticarət Qovşağı və s. barədə məlumat verib. ABŞ inverstorları xüsusən də Silikon Vadisində olan investorlar innovativ inkişafla bağlı çox maraqlı olduqlarını qeyd ediblər. Bu sahədə həyata keçirilən strateji yol xəritələrində yer alan innovativ inkişaf, texnologiyaların təşviqi və insan kapitalının inkişafı məsələləri də müzakirə mövzusu olub.

Qeyd edək ki, “www.enterpriseazerbaijan.com” internet portalının istifadəyə verilməsi   Prezident İlham Əliyevin 19 sentyabr 2018-ci il tarixli “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə tapşırılıb. Bu portal Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsi potensialının təkmilləşdirilməsi və investisiya cəlbediciliyinin daha da artırılması məqsədilə ölkədə alternativ maliyyələşməyə açıq layihələr və yeni investisiya imkanları haqqında məlumatları əks etdirən, həmçinin investisiya layihələrini yerli və xarici investorların maliyyələşdirməsi üçün əlverişli platforma olacaq.

Portalın yaradılması həm də Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi”nin 3.1.1-ci “İnvestisiya məlumat bankının yaradılması və mütəmadi təhlillər nəticəsində yenilənməsi” tədbirinin icrasına da xidmət edəcəkdir.

"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO

Xəbər xətti

Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur”
13:30 25.04.2024
Fuat Oktay: "Zəngəzur dəhlizinin açılması Türkiyəni Orta Asiyaya bağlayacaq"
13:27 25.04.2024
Sahil Babayev: "Azərbaycan Macarıstana təbii qaz tədarükünə başlayıb"
13:20 25.04.2024
"Bakının memarlığına heyran oldum" - Özbək jurnalist - VİDEO
13:05 25.04.2024
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
Alimlər 150 dəqiqə ərzində almaz istehsal ediblər
12:50 25.04.2024
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak ediblər
12:38 25.04.2024
Haaqa məhkəməsində Ermənistanın əsassız iddiaları davam edir - VİDEO
12:38 25.04.2024
Sabahın hava PROQNOZU
12:35 25.04.2024
Baş Prokurorluqdan Nəsib Quliyevin ölümü ilə bağlı daha bir AÇIQLAMA
12:30 25.04.2024
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
İtaliyadan Amazona böyük cərimə: 10 milyon avro... - SƏBƏB
12:30 25.04.2024
Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir
12:25 25.04.2024
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
Türkiyədən ABŞ-a sərt reaksiya: Buna son verin!!
12:20 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
12:14 25.04.2024
Naxçıvana Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? – DOSYE
12:09 25.04.2024
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
12:00 25.04.2024
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
11:52 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin Baş planı ilə tanış oldular
11:35 25.04.2024
Şuşada beynəlxalq müsabiqə keçiriləcək - TARİX AÇIQLANDI
11:25 25.04.2024
Qırğızıstan Prezidenti Füzuliyə GETDİ
11:18 25.04.2024
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
Rusiya ABŞ-ın nəhəng bankının hesablarını ələ keçirtdi
11:15 25.04.2024
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
11:05 25.04.2024
Rəşad Məcid: "Media rəhbərləri qeyri-peşəkarların ümidinə qalıb" - VİDEO
11:00 25.04.2024
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək – BU TARİXDƏ
10:55 25.04.2024
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
O, saxta İlon Maska aşiq oldu: 50 min dollar itirdi
10:50 25.04.2024
Vətəndaşlar öz avtomobilləri ilə Laçın şəhərinə səfər edə biləcəklər
10:39 25.04.2024
ABŞ və Avropa ölkələrindən Çinə TƏSİR - ANALİTİKA
10:30 25.04.2024
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
10:24 25.04.2024
Bakı-Ağstafa qatarına əlavə reyslər təyin EDİLDİ
10:20 25.04.2024
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
Ruslar üçün vizasız qalma müddətini 60 günə qədər azaldıldı
10:15 25.04.2024
Azərbaycanda balıq ovu qadağan edilir
10:07 25.04.2024
BMT Təhlükəsizlik Şurasında kritik anlar: Rusiya veto qoydu
10:00 25.04.2024
Azərbaycanda bu məhsul kəskin UCUZLAŞDI - VİDEO
09:55 25.04.2024
Mübariz Qurbanlının ailəsinə AĞIR İTKİ
09:48 25.04.2024
ABŞ-da Tik-Tok qadağan edilib
ABŞ-da Tik-Tok qadağan edilib
09:45 25.04.2024
Xankəndidə ötən gün xeyli sayda silah-sursat aşkarlanıb
09:40 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri... - ŞƏRH
09:32 25.04.2024
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
09:24 25.04.2024
Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edib
09:15 25.04.2024
Rusiyada Harri Kasparovun həbsinə qərar verildi
09:09 25.04.2024
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür
09:00 25.04.2024
Hamısı