"FacebooK"da 50 milyon istifadəçinin hesabında yararnan problemdə şirkət günahkar hesab olunarsa, sosial şəbəkə nəhəngi yüksək məbləğdə cəza ala bilər.
Eurasia Diary EkoNews-a istinadən xəbər verir ki, Avropa Birliyi şəxsi məlumatların məxfiliyinə görə "Facebook"u 1.6 milyard dollar cəzalandıra bilər.
Nəhəng sosial şəbəkələr şəxsi məlumatların pozulması halında xəbərdarlıq etməyə məcburdurlar. Əgər aidiyyatı qurumlara 72 saat ərzində məlumat verilmirsə, cari illik qazancın 4 %-i həcmində cəzalandırılırlar.