Azərbaycan əsilli biznesmen, "Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov oğlu Yusifin neft sektorunu tərk etdiyini açıqlayıb. Bu barədə Eurasia Diary Ekonews-a istinadən xəbər verir.
Vahid Ələkbərov Rusiya KİV-lərinə açıqlamasında oğlunun "Lukoyl”dan çıxaraq biznes və nəqliyyat sferasında özünü doğrultmağa çalışdığını deyib.
"O özünü yoxlamaq istəyir. Özünü doğrultmalıdır. İstənilən halda insan özünü yoxlamalıdır, atasının kölgəsində qalmaq yaxşı hiss deyil”.
Xatırladaq ki, Yusif Ələkbərov 2017-ci ildə sahibi olduğu "EKTO” şirkəti vasitəsilə neft məhsullarını dəmir yolu ilə daşıyan "Vestern Petrolium Transporteyşn” şirkətini və avtomobil ticarəti ilə məşğul olan "Lukavto” şirkətlərini satın almışdı.
Yusif Əlkəbərov 1990-cı ildə anadan olub. O, Qubkin adına Neft və Qaz Universitetini bitirib. Yusif Ələkbərov "Lukoyl” şirkətinin 0,13% səhmlərinə sahibdir.
Xatırladaq ki, Vahid Ələkbərov 19,5 milyard dollar sərvətlə Rusiyanın ən zəngin 5 iş adamından biridir.