Eurasia Diary Reuters-ə istinadən xəbər verir ki, Avqust ayının statistikasına görə ABŞ-da son altı ayda ən böyük ticarət defisiti yaranıb. İdxal yüksək olsa da ixracda azalma müşahidə edilib.
Ticarət Departamenti ticarətdə boşluğun 6.4% artaraq 53.2 milyard dollar olub. Bir çox ekspertlər Çin ilə olan ticarət savaşının davam edəcəyi təqdirdə bu vəziyyətin daha da artacağını proqnoz edirlər.
Avqust ayında NAFTA müzakirələri və Aİ-yə olan sanksiyalar da bu göstəriciyə xüsusi təsir edib.
Avqust ayında ixrac 0.9% azalaraq 209.4 milyard dollara çatıb. İdxal isə 0.6% artaraq 262.7 milyard dollar olub. İdxalın artma səbəblərinə neftin qiymətlərinin artmasını da əlavə edə bilərik.