Türkiyə biznes razılaşmalarında, ixrac xarakterli kontraktlarda, maliyyə bazarı tənzimləmələrində və məşğulluq sazişlərində xarici valyutadan istifadəyə dair qadağa barədə bəzi istisnaları açıqladı. Eurasia Diary Reuters-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Resmi Qazete" qəzetində xəbər verilib.
Hökumət daşınmaz əmlak bazarında, lizinq əməliyyatlarında və icarə sazişlərində milli valyutadan istifadə edərək lirənin möhkəmlənməsinə çalışıb. Bu il lirə 38% dəyər itirmişdir.
Resmi Qazete xəbər verir ki,istisnalar eyni zamanda gəmiçilik lizinq sazişləri vədövlət institutlarını da ehtiva edən kontraktları əhatə edir.
Qeyd edək ki, ilin əvvəlində dollar 3.8 lirə və avro 4.5 lirə idi, lakin indi isə müvafiq olaraq 6.15 və 7.08 lirədir.