ABŞ-ın təzyiqlərinə baxmayaraq İranın neft hasilatının azalmayacağı barədə gözləntilər neftin qiymətinə təsir edib.
Hindistan şirkətləri İrandan Noyabr ayı üçün neft sifariş edib, bundan əlavə İranın hasilatı azaltmayacağına dair çıxışları neft qiymətlərini aşağı salıb.
Brent markalı neftin bir barelinin qiyməti 82.88 dollara enib. Qeyd edək ki, Brent son günlərdə 4 ildə maksimum həddə 86 dollara qədər çatmışdır.