Azərbaycan kənd təsərrüfatı naziri Sial Paris sərgisində “Made in Azerbaijan” pavilyonunu ziyarət edib - FOTOLAR | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Azərbaycan kənd təsərrüfatı naziri Sial Paris sərgisində “Made in Azerbaijan” pavilyonunu ziyarət edib - FOTOLAR

İqtisadiyyat A- A A+

Azərbaycan Kənd Təsərrüfatı Naziri İnam Kərimov “Sial Paris” beynəlxalq ərzaq sərgisinin açılışında iştirak edib.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, Nazir “Made in Azerbaijan” adlı vahid ölkə pavilyonu ilə sərgidə iştirak edən 23 şirkətin nümayəndələri ilə görüşüb, şirkətlərimizin stendlərinə baş çəkərək nümayiş olunan məhsullarla tanış olub.

Sahibkarlar sərgilənən məhsullar haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, Azərbaycanın Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin, Fransadakı səfirliyimizin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə çirkətlərimiz SİAL Paris beynəlxalq ərzaq sərgisinə qoşulublar.

Sərgi çərçivəsində sahibkarlarımız yerli distribüterlərlə görüşəcək və ixrac məsələlərinə dair müzakirələr aparacaqlar.

SIAL Paris beynəlxalq ərzaq sərgisi oktyabrın 25-dək davam edəcək.

1

1

1

1

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...