Türkiyə bir sıra ölkələr ilə ticarətdə milli valyutadan istifadəyə keçməyi planlaşdırır.
Eurasia Diary Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Hazırda valyuta məzənnələrindən siyasi təzyiq vasitəsi kimi istifadə edildiyi dövrdə yaşayırıq. Buna ən yaxşı cavab xarici ticarətdə milli valyutaya keçməkdir. Qyed etdiyimiz 4 ölkədən başqa, digər ölkələrlə də eyni üsulun tətbiqinə dair danışıqlar aparırıq”, - deyə nazir qeyd edib.