Bakının rayonları üzrə orta maaş statistikası | Eurasia Diary - ednews.net

19 Avqust, Bazar ertəsi


Bakının rayonları üzrə orta maaş statistikası

İqtisadiyyat A- A A+

2018-ci ilin yanvar-avqust aylarında Bakı şəhəri üzrə muzdlu işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13 840 nəfər artaraq, 704 771 nəfər olub. 

Eurasia Diary Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumat Bakı şəhər Statistika İdarəsinin hesabatında yer alıb.

2018-ci ilin yanvar-avqust aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 0,7 faiz artaraq, 787,3 manata yüksəlib. Ən yüksək əməkhaqqı isə Pirallahı qəsəbəsində çalışanların payına düşür - 1462 manat.

Sonrakı üçlükdə isə Səbail 1430 manat, Qaradağ 1042 manatla qeyd edilib. Ən az orta aylıq nominal əməkhaqqı isə Binəqədidir - 449 manat. 

Ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əməkhaqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə qeydə alınıb. 

2018-ci ilin yanvar-avqust ayları üzrə muzdlu işçilərin sayı və orta aylıq nominal əməkhaqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...