Orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin həcminin artırılması da nəzərdə tutulub.
Cari ildə Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılmasına qərar verilib".
Eurasia Diary Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu maliyə naziri Samir Şərifov Milli Məclisdə gələn ilin büdcə müzakirəsi zamanı çıxış edərkən deyib: "Bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb".
Nazir onu da qeyd edib ki, orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin həcminin artırılması nəzərdə tutulub.