Ölkəyə gətirilən bu məhsula görə gömrük rüsumu ləğv edildi | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Ölkəyə gətirilən bu məhsula görə gömrük rüsumu ləğv edildi

İqtisadiyyat A- A A+

Azərbaycana idxal edilən süni boyanmış və ya boyanmamış ağ sementə tətbiq edilən gömrük rüsumu dəyişdirilib.

Eurasia Diary xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, ölkəyə idxal edilən süni boyanmış və ya boyanmamış ağ sementin tarif dərəcəsi əvvəlki kimi 15 faiz olacaq.

Sənəddə qeyd olunub ki, həmin məhsul 1 kiloqramı üçün bu ilin noyabrın 11-dək 0,07 ABŞ dolları gömrük rüsumu tutulur. Dəyişikliklə bu rüsum ləğv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...