Büdcəmiz 3 milyard böyüdü maaşlar artır, tibbi sığorta gəlir...

İqtisadiyyat 17:15 13.11.2018

Eurasia Diary xəbər verir ki, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədovun 2019-cu ilin dövlət büdcəsi ilə bağlı Axar.az-a müsahibə verib:

- Vahid müəllim, gələn ilin dövlət büdcəsini necə qiymətləndirirsiniz?

- Vergi, gömrük və sosial müdafiə sahəsində gedən islahatlar 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulub. Ona görə də bu ilin dövlət büdcəsini islahatlar büdcəsi də adlandırmaq olar. Bu islahatlar 2019-cu ildə həyata keçirilərsə, sahibkarlar onlar üçün nəzərdə tutulan müəyyən güzəştlərdən yararlana biləcəklər. ÜDM nəticəsində 2019-cu ilin dövlət büdcəsi ötən ilin büdcəsindən təxminən 3 milyard manatdan artıqdır. Digər tərəfdən, gələn ilin büdcəsində sosial layihələrə daha çox üstünlük verilib. Bununla yanaşı, verdiyimiz təkliflər büdcədə mütləq nəzərə alınmalıdır.

- Daxilolmalar daha çox hansı istiqamətə xərcələnəcək?

- Büdcənin təxminən 33 faizi sosial layihələrə yönəldilib. Bu ilin büdcəsində səhiyyəyə böyük diqqət yetirilir. Çünki 2020-ci ildə Azərbaycanda icbari tibbi sığortanın tam həyata keçirilməsi planlaşdırılır. 5 rayonda artıq bununla əlaqədar pilot layihələr həyata keçirilir. İcbari tibbi sığorta Azərbaycan əhalisi üçün ən əhəmiyyətli məsələdir. Çünki insanların müalicəsi ilə bağlı müəyyən problemlər var. İkincisi, büdcədə əsas vəsait qoyuluşu 7 milyard manat təşkil edir. Bu da gələcəkdə büdcənin inkişafı üçün müəyyən layihələrin reallaşmasına yardım edəcək. Bu fonda Hesablama Palatası və Maliyyə Nazirliyinin prosesə nəzarət mexanizmi çox güclü olmalıdır. Prezidentin qeyd etdiyi kimi, kölgə iqtisadiyyatı, korrupsiya, bürokratiyaya qarşı mübarizə gücləndirilməli, şəffaflıq təmin olunmalıdır. Dövlət başçısının ilin 9 ayının yekunlarında bunları ön plana çıxarması o deməkdir ki, sözügedən məsələlər 2019-cu ilin dövlət büdcəsinin icrasında diqqət mərkəzində olacaq.

- Gələn ilin büdcəsində əmək haqları və pensiyalarda artımlar nəzərdə tutulubmu?

- Əmək haqları ilə əlaqədar vergilər naziri çox ciddi təklif verib. Belə ki, qeyri-neft sektorunda 8 min manata qədər əmək haqqı alanlardan gəlir vergisi tutulmayacaq. Digər sahələrdə çalışanlardan 73 manat gəlir vergisi tutulurdusa, indi bu məbləğ 200 manata qədər qaldırılıb. Vergilər Nazirliyi ciddi islahatlar həyata keçirir. Bu məsələlər öz həllini taparsa, 2019-cu ildə əmək haqları və maaşlar, həmçinin pensiya ilə bağlı artımlar mümkündür.

- Büdcədə neftin qiyməti 60 dollardan götürülüb. Ancaq neftin dünya bazar qiymətində enmə və qalxmalar müşahidə edilir...

- Hazırda İran ətrafında, Yaxın Şərqdə və Rusiya ilə əlaqədar müəyyən siyasi proseslər gedir. İranın 8 dövlətə neft ixracına icazə verilməsə, əlbəttə ki, neftin qiymətində müəyyən dəyişikliklər olacaq. Ancaq neftin qiymətinin 60 dollardan aşağı olacağını düşünmürəm. Müəyyən ucuzlaşmadan sonra hazırda qiymətlərdə bahalaşma müşahidə edilməkdədir.

- Vahid müəllim, indiyə qədər büdcə zərfinə daxil olan sənədlərin müzakirəsi 3 iclasla yekunlaşırdı. Ancaq gələn ilin dövlət büdcəsinin Milli Məclisin 5 plenar iclasında müzakirəsi nəzərdə tutulub. Bu nə ilə əlaqədardır?

- Təkliflər həddindən artıq çoxdur, buna görə də müəyyən dəyişikliklər edilməlidir. Digər tərəfdən millət vəkilləri iclaslarda öz fikirlərini sona qədər tamamlaya bilmirlər. Daha geniş müzakirə obyekti üçün də büdcə müzakirəsi ilə bağlı iclasların sayı artırılıb.

"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO

Xəbər xətti

Türkmənistan Xəzər dənizində mineral ehtiyatlarının mənimsənilməsi üçün yeni zavod tikir
20:39 25.04.2024
Sahibə Qafarova Monteneqroda rəsmi səfərdədir
20:34 25.04.2024
Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirib, PKK-nın iki rəhbər şəxsi tutulub
20:20 25.04.2024
Qumar oynayanları hansı cəzalar gözləyir? - Hüquqşünas AÇIQLAYIR
20:00 25.04.2024
Azərbaycan Prezidenti Füzuli Hava Limanından ilk dəfə olaraq Berlinə yola düşüb
19:50 25.04.2024
Ali Radanın deputatı: Müharibələr üçün pul kisəsi olan Vardanyan Nobel Sülh Mükafatına layiq görülə bilməz
19:40 25.04.2024
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb
19:30 25.04.2024
Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib - YENİLƏNİB
19:30 25.04.2024
Ərdoğan Türkiyədə Qazaxıstanın baş nazirini qəbul edib
19:20 25.04.2024
Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
19:07 25.04.2024
Bakıda ilk dəfə işıqforlarda velosiped bölmələri quraşdırılır
19:00 25.04.2024
Malıbəylidə aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb
18:35 25.04.2024
Lənkəranda ağır QƏZA – Xəsarət alan var
18:27 25.04.2024
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə etiraz edib
18:19 25.04.2024
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
18:08 25.04.2024
ABŞ HƏMAS-a çağırış edib
ABŞ HƏMAS-a çağırış edib
17:53 25.04.2024
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
Annalena Berbok: “Mən şadam ki, bu il Azərbaycan COP29-un ev sahibidir”
17:53 25.04.2024
Laçında ilk dəfə peşə yarmarkası keçirilir
17:50 25.04.2024
Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən RAYONLAR
17:45 25.04.2024
PSJ-nin prezidenti “Qarabağ”ı təbrik etdi
17:40 25.04.2024
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
Euronyuz: Bakı limanı Avrasiya ticarət mərkəzi genişlənir və artımı sürətləndirir - VİDEO
17:28 25.04.2024
Prezident İlham Əliyev Sadır Japarova Qarabağ atı hədiyyə edib
17:04 25.04.2024
Qarabağa may ayı üçün avtobus biletləri satışa ÇIXARILIR
16:58 25.04.2024
Ukraynadan Azərbaycana qarşı təxribat
Ukraynadan Azərbaycana qarşı təxribat
16:54 25.04.2024
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
Nigeriyada yağışlar səbəbindən 100-dən çox məhbus həbsxanadan qaçıb
16:54 25.04.2024
Qırğızıstan Prezidentinin Azərbaycana səfəri başa çatdı
16:44 25.04.2024
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
Aparıcı Amanpur Vardanyanın oğlunu CNN-ə çıxartdı - VİDEO
16:43 25.04.2024
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər
16:33 25.04.2024
"Bizim bizdən başqa dostumuz yoxdu" - Elman Nəsirov - VİDEO
16:30 25.04.2024
İlham Əliyev Şarl Mişeli COP29-a DƏVƏT EDİB
16:26 25.04.2024
Bakıda Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın iclası keçirilib
16:18 25.04.2024
İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər
16:16 25.04.2024
Azərbaycanda problemli kreditlər 20% azalıb
16:04 25.04.2024
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
Haber Global: Ukraynalı deputatlar Vardanyanın Nobelə namizədliyinə etiraz edib - VİDEO
15:52 25.04.2024
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
Lukoşenko: Müharibəyə müdaxilə edə bilərik
15:45 25.04.2024
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
İllər öncə Ulu Öndər Heydər Əliyevə təqdim edilən hədiyyə - ARXİV VİDEO
15:44 25.04.2024
Elmira Süleymanova dəfn edilib -YENİLƏNİB
15:41 25.04.2024
Bu tarixdə Şuşa şəhərində mühüm tədbir keçiriləcək - Deputat Elman Nəsirov AÇIQLAYIR - VİDEO
15:33 25.04.2024
Çin Rusiyanı bu cür silahlandırır
Çin Rusiyanı bu cür silahlandırır
15:20 25.04.2024
Haaqa məhkəməsində Ermənistan nümayəndəliyinin növbəti yalanı - VİDEO
15:16 25.04.2024
Hamısı