Dekabrda faiz artırmaq doğru olmaya bilər - FED | Eurasia Diary - ednews.net

21 Sentyabr, Şənbə


Dekabrda faiz artırmaq doğru olmaya bilər - FED

İqtisadiyyat A- A A+

ABŞ Mərkəzi Bankının (Fed) Filadelfiya şöbəsinin sədri Patrik Harker, inflyasiyanın "mülayim" qalmasını nəzərə aldıqda, Mərkəzi Bankın gələn ay yenidən faizi artırmasına dəstək verməyə hazır olmadığını qeyd edib.

Eurasia Diary "Marja"-a istinadən xəbər verir ki, Harker, "Wall Street Journal"a verdiyi açıqlamada, Dekabr ayında faizin artırılmasının doğru bir hərəkət olduğu məsələsində razı olmadığını, yenə də, qarşıdakı bir neçə həftə ərzində açıqlanacaq məlumatlara baxmaq lazım olduğunu bildirib.

Harker, "Son açıqlanan göstəricilərdən inflyasiyanın hədəfimizi sürətli bir şəkildə keçdiyini görmürük. Bu səbəbdən, bunun yaranması üçün bir az gözləməliyik" deyib.

İnflyasiyanın Fed-in 2 faiz olan hədəfini "yüngül" keçməsini gözlədiyini, ancal böyük yüksəlişin mümkün olduğunu söyləmək üçün bir səbəb olmadığını qeyd edən Harker, "Kreditlər məsələsində bir qədər narahatlıqlarım var. Yüksək səviyyələrə çatan tələbə kreditləri də narahatlıq mənbəyidir, ancaq bu maliyyə sisteminin fəaliyyətinə təhlükə yaradacaq səviyyələrdə deyil" şəklində bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...