2019-cu ildə neft qiymətləri stabil olacaq.
Eurasia Diary xəbər verir ki, bunu “Lukoyl” prezidenti Vahid Ələkbərov deyib.
Onun sözlərinə görə, gələn il neft qiymətləri 60 dollardan bir qədər yuxarı olacaq. O, “OPEK+” ölkələrinin gördüyü tədbirlərin öz nəticəsini verəcəyini bildirib.