SOCAR-ın bir müddətdir diqqət mərkəzində saxladığı və almaq üçün cəhdlər etdiyi Almaniyaya məxsus Ewe şirkətinin nəzarətində olan Kayseri və Bursagaz şirkətlərini Türkiyənin Palmet şirkəti alıb.
Eurasia Diary-nin məlumatına görə, bu barədə Palmet şirkətinin idarə heyətinin rəhbəri Doğanay Samuray yerli mətbuata açıqlamalar verib.
Doğanay Samurayın dediyinə görə, Palmet sözügedən şirkətləri təqribən130-150 milyon avro müqabilində satın alıb.