“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişiklik qüvvəyə minib.
Eurasia Diary xəbər verir ki, "Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində "3 (üç)” sözləri "4 (dörd)” sözləri ilə əvəz edilib.
Qeyd edək ki, qanunun 3-cü maddəsi qorunan əmanətçinin qorunan əmanətinin tam sığortalanmasını nəzərdə tutur. Beləliklə əmanətlərin qorunması müddəti 4 ilədək artırılıb.