OPEK-in Bakı toplantısı başladı | Eurasia Diary - ednews.net

19 May,


OPEK-in Bakı toplantısı başladı

İqtisadiyyat A- A A+

Martın 18-də Bakıda OPEK və qeyri-OPEK ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası öz işinə başlayıb.

Eurasia Diary xəbər verir ki, toplantıda 14 neft istehsalçısı ölkə və OPEK Katibliyi yüksək səviyyədə təmsil olunur.

İclasda OPEK-in bazarın inkişaf tempinin təhlili əsasında hazırlanmış təqdimatı və Müştərək Texniki Komissiyanın (JTC) fevral ayı üzrə hasilat göstəricilərindən bəhs edən hesabatı müzakirə edilir.

Həmçinin JTC-nin bazarın balanslaşdırılması üzrə tövsiyyələri və neft istehsalının azaldılmasına dair öhdəliklərə əməletmə səviyyəsi nəzərdən keçiriləcək.

Toplantıda OPEK-in Baş katibi Məhəmməd Barkindo, OPEK prezidenti, Venesuelanın Neft naziri və Dövlət Neft Şirkətinin prezidenti Manuel Kevedo Fernandes, JMMC-nin sədri, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iştirak edir. Tədbirdə, həmçinin OPEK üzvləri Əlcəzair, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq, Liviya, Nigeriya, Konqo, qeyri-OPEK ölkələrindən isə Rusiya, Qazaxıstan, Bəhreyn və Bruney nazir və yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunur.

Toplantıda Azərbaycanın Energetika naziri Pərviz Şahbazov, Birgə Monitorinq Komitəsinin sədri Xalid Əbdüləziz Əl Falih, OPEK prezidenti Manuel Kevedo Fernandes və OPEK-in Baş Katibi Məhəmməd Barkindonun çıxışları dinlənilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...