Avropa Azərbaycan qazını bu tarixdə alacaq | Eurasia Diary - ednews.net

21 İyul,


Avropa Azərbaycan qazını bu tarixdə alacaq

İqtisadiyyat A- A A+

Azərbaycanda əmtəəlik qaz artımı əsasən Şahdəniz-2 layihəsinin payına düşür.

Bu sözləri Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert bildirib ki, müqaviləyə görə, həmin qaz 2018-ci il iyunun 30-dan Türkiyə bazarında satılır:

“Azərbaycan “Şahdəniz 2” layihəsi üzrə 2020-ci il iyulun 1-dən isə Avropa bazarlarına qaz satmağa başlayacaq”.

Ekspert SOCAR-ın yataqlarında da əmtəəlik qaz hasilatının artdığını qeyd edib:

“Bu qaz ölkənin daxili bazarına daxil olur. Məhz bu səbəbdən də 2019-cu ildən Azərbaycan qaz idxalını dayandırıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...