Pakistanın Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsi bu həftə iclas keçirtdi. | Eurasia Diary - ednews.net

19 May,


Pakistanın Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsi bu həftə iclas keçirtdi.

İqtisadiyyat A- A A+

Pakistanın Nazirlər Kabinetinin İqtisadi Koordinasiya Komitəsi bu həftə iclas keçirtdi.

Komitə Pakistan Dövlət Neft Şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanacaq müqaviləni təsdiqlədi.

Məlumata görə, yanacaq tədarükü haqqında saziş Pakistanın Neft Nazirliyi tərəfindən komitəyə təqdim olunub.

 Digər sahələrlə yanaşı, Azərbaycan və Pakistan neft, neft məhsulları, maye qaz (sıxılmış qaz) və maye neft qazı sahələrində də əməkdaşlıq etməyi planlaşdırır.

2016-cı ilin aprelində Azərbaycan-Pakistan hökumətlərarası komissiyasının altıncı sessiyasında tərəflər neft, neft məhsulları, MTQ ( mayeləşdirilmiş təbii qaz) və MNQ ( mayeləşdirilmiş neft qazı) təchizatı sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Sazişə görə SOCAR bu ticarət  münasibətlərində SOCAR’ı təmsil etməlidir.

 Həmçinin, iki ölkənin enerji sahələrinə investisiyaların cəlb edilməsi haqqında hökumətlərarası sazişin imzalanması müzakirə olunub. Bu investisiyalar əsasən neft və qaz anbarlarının infrastrukturunun yenidən qurulması və tikintisi ilə bağlıdır. 

Report.az

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...