Azərbaycanda vətəndaşların sosial sığortası üzrə qaydalar dəyişib | Eurasia Diary - ednews.net

19 May,


Azərbaycanda vətəndaşların sosial sığortası üzrə qaydalar dəyişib

İqtisadiyyat A- A A+

Nazirlər Kabineti “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edib.

Eurasia Diary-nin məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, dövlət sosial sığortası üzrə sığorta olunan şəxs öldükdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi ötən şəxsin adı, atasının adı və soyadı doğulduğu il, ay, gün və yer, cinsi, daimi qeydiyyatda olduğu yerin ünvanı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi, verilmə tarixi və sənədi verən orqanın adı barədə məlumatları ölüm faktının qeyd olunduğu gündən bir ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə yanaşı, həmin məlumatlar bir ay ərzində həm də Vergilər Nazirliyinə göndəriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...