Gürcüstanda fəaliyyət göstərən neft şirkətlərinin böyük hissəsi yanacaq qiymətlərini yüksəldib.
Eurasia Diary Axar.az-a istinadən xəbər verir ki, buna səbəb kimi milli valyutanın dəyər itirməsi göstərilib.
Neft Məhsulları İdxalçıları İttifaqının məlumatına görə, son dövrlərdə beynəlxalq yanacaq qiymətləri də yüksəlib.
“REGULAR” (А-92) markalı benzinin qiyməti 5 tetri artıb. SOCAR-ın Gürcüstandakı şəbəkəsində yeni qiymət 2.48 lari, “Vissol” şirkətində 2.54 lari, “Lukoyl”da 2.46 lari, “Qalf”da isə 2.54 lariyə bərabər olub.
Digər benzin növləri və dizel yanacağının qiyməti 3-6 tetri artıb.