Qəza zamanı ödənilən sığorta haqqı artırılacaq - VİDEO | Eurasia Diary - ednews.net

16 İyul, Çərşənbə axşamı


Qəza zamanı ödənilən sığorta haqqı artırılacaq - VİDEO

İqtisadiyyat A- A A+

Azərbaycanda qəza zamanı sürücüyə ödənən 5 min manatlıq sığorta məbləği artırılacaq.

Eurasia Diary-nin xezerxeber.az-a istinadən məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı"nda əksini tapıb.

Yeniliyi şərh edən iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, avtomobilə dəyən ziyana görə ödənilən 5 min manatlıq məbləğin nə qədər artırılacağı aparılacaq araşdırmalardan sonra müəyyən ediləcək. Eyni zamanda, əmlaka dəyən ziyana görə ödənilən məbləğ də artırılacaq.

Bundan başqa, inşaat sektorunda çalışanlar da məcburi qaydada sığortalanacaq və hər hansı qəza zamanı onlara ödənişin edilməsi təmin olunacaq.

Digər bir yenilik isə aqrar sığorta ilə bağlıdır ki, artıq ölkədən məhsul ixrac edən sahibkarın malı da sığortalanacaq və hər hansı hadisə zamanı ona dəyən ziyan tam şəkildə ödəniləcək.

Tədbirlər planını Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək.

Eurasia Diary xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...