SOCAR "Günəşli" yatağında baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


SOCAR "Günəşli" yatağında baş vermiş ölüm hadisəsi ilə bağlı məlumat yayıb

İqtisadiyyat A- A A+

İyulun 15-də saat 18:50 radələrində “Günəşli” yatağındakı 14 saylı dərin dəniz özülündə Elmi təhqiqat işləri istehsalat sahəsinin operatoru, 1980-ci il təvəllüdlü Vəlixanov Seymur Əlihüseyn oğlu hamamda yıxıldığı vəziyyətdə aşkarlanıb və vəfat etdiyi müəyyənləşdirilib.

Eurasia Diary-nin SOCAR-a istinadən verdiyi məlumata görə, ilkin rəyə əsasən, ölüm hadisəsinə baş nahiyəsinin xəsarəti və beyinə qan sızması səbəb olub.

“Hadisənin baş vermə səbəbləri “Azneft” İstehsalat Birliyinin baş direktorunun əmri ilə yaradılmış müvafiq komissiya tərəfindən yerində araşdırılır. Hadisə ilə bağlı əlavə məlumat veriləcək”, - deyə SOCAR-ın məlumatında qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...