Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun çəkilişi davam edir.
Eurasia Diary xəbər verir ki, bu barədə Goranboy RİH məlumat yayıb.
Bildirilir ki, hazırda Goranboy rayonunun Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun Goranboy şəhərinin R.Rza, R.Mustafayev və C.Cabbarlı küçələrindən keçən hissəsində yeni asfalt yolun çəkilişi aparılır.