Dünən Gəncədən Bakıya gələn sürət qatarı 1 saata qədər yolda qalıb.
Eurasia Diary "konkret.az"a istinadla xəbər verir ki, qatar Ələt istiqamətində uzun müddət dayanıb. Səbəb elektrik naqilinin qırılaraq relslərin üzərinə düşməsi olub.
Xatırladaq ki, Bakı-Gəncə qatarı Gəncə şəhərindən saat 18:00-da yola düşüb.