Mübariz Mənsimov qalib gəldi | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Mübariz Mənsimov qalib gəldi

İqtisadiyyat A- A A+
Rusiyanın ən iri neft şirkətlərindən olan “Lukoyl” şirkəti “Palmali” şirkətlər qrupuna 260,9 milyon rubl təzminat ödəyəcək.

Eurasia Diary “Yeni Sabah”a istinadla xəbər verir ki, bu, “Palmali Gəmiçilik” şirkətinə məxsus neft tankerlərini icarəyə götürdüyü üçün “Lukoyl”un üzərində yaranan borcdur.

Qeyd edək ki, müvafiq qərar “Palmali”nin Rostov filialının iddiasını təmin edən Həştərxan arbitraj məhkəməsi tərəfindən qəbul edilib. İddia “Lukoyl” şirkətinə daxil olan “Lukoyl-Nijnevoljskneft” müəssisəsinə qarşı irəli sürülmüşdü.

Məhkəmənin qərarına əsasən, “Lukoyl”un törəmə müəssisəsi olan “Lukoyl-Nijnevoljskneft” 260,9 milyon rubl vəsaiti bağlanmış müqavilələrə görə neft tankerlərini icarəyə götürdüyü üçün ödəyəcək. Neft məhsullarını daşımaq üçün tankerləri isə Azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” Şirkətlər Qrupuna daxil olan “Palmali Gəmiçilik” şirkəti verirdi. İş üzrə materiallarda həmin tankerlərin istifadə edildiyi regionlar göstərilmir. Lakin “LUKoil”un saytında göstərilir ki, bu şirkət Xəzər və Azov dənizlərində neft-qaz yataqlarının kəşfiyyatı və işlənilməsi ilə məşğuldur.

Onu da xatırladaq ki, “Palmali” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən Türkiyənin “Palmali Denizçilik” şirkəti Rusiyanın neft nəhəngi “LUKoil”in “Litasco” şirkətini məhkəməyə vermişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...