"Pomidorun qiyməti 20 qəpik olmamalıdır" - Ekspert | Eurasia Diary - ednews.net

17 Avqust, Şənbə


"Pomidorun qiyməti 20 qəpik olmamalıdır" - Ekspert

İqtisadiyyat A- A A+
Hazırda ölkədə aqrar məhsulların qiymətlərində bahalılıq müşahidə edilir. Bu bahalaşmanın qarşısı necə alınmalı və qiymətlərin optimallaşdırılması üçün əlavə hansı tədbirlər görülməlidir?

Eurasia Diary xəbər verir ki, iqtisadçı alim Vüqar Bayramov bu kimi suallara aydınlıq gətirib:

- Qiymət optimal, nə çox aşağı, nə də yüksək olmalıdır. Məsələn, pomidorun qiyməti 0.20 AZN də olmamalıdır, eyni zamanda 2.20 AZN də olmamalıdır. Opitimal olması vacibdir ki, nə istehlakçı üçün böyük xərc yaratsın, nə də fermerlerin gəlirlərinə mənfi təsir göstərsin.

- Hər hansı bir məsulun bu il daha çox istehsal olunub, gələn il az istehsal olunması da arzuolunan deyil. Optimal həcmdə istehsal olunmasına, ixrac və daxili bazardakı tələb nəzərə alınmaqla istehsalın formalaşmasına ehtiyac var.

- Fermerlərin paytaxt bazarlarına çıxışındakı əngəllərin aradan qaldırılması da çox vacibdir. Eyni zamanda "Kənddən şəhərə" layihəsinin genişləndirilməsinə ehtiyac var ki, bazardakı qiymətə təsir göstərə bilsin.

- Fermerlər paytaxt bazarlarında və ya xüsusi bazarlarda daha çox məhsul təklif etmək imkanına malik olmalıdır ki, rəqabət yaransın, bazardakı qiymət tarazlığına təsir göstərə bilsin və qiymətlərin ucuzlaşması müşahidə olunsun.

- Kommunal xidmətlərin fermerlər üçün uyğun subsidiyalaşmış qiymətlərlə təklif olunması daha məqsdəuyğun olardı. Əgər fermer gəlir əldə edirsə və o xərcin bir hissəsi dövlət tərəfindən subsidiya və digər formalarda kompensasiya olunursa, o zaman fermer bazara daha ucuz qiymətə məhsul çıxara bilər ki, bu da qiymətlərin optimallaşdırmasına səbəb olar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...