Bakı-Qapıqüllə sürətli dəmiryolu xəttinin layihələşdirilməsi sona çatıb - Türkiyəli nazir | Eurasia Diary - ednews.net

20 Sentyabr, Cümə


Bakı-Qapıqüllə sürətli dəmiryolu xəttinin layihələşdirilməsi sona çatıb - Türkiyəli nazir

İqtisadiyyat A- A A+

"Bakı-Qapıqüllə arasındaki sürətli dəmir yolunun layihələşdirilməsində son mərhələyə gəldik. İnşallah layihə bitdikdən sonra, sürətli dəmir yolunun inşasına başlayacağıq".

Eurasia Diary Anadolu Agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Cahid Turhan bildirib. 

Nazirin sözlərinə görə, bu dəmir yolu xətti Türkiyə, Azərbaycan, Rusya və digər Asya ölkələrinin iqtisadi inkişafına təkan verəcək.

Azərbaycan, Rusya və başqa ölkələrdə istehsal olunan malların məhz bu dəmir yolu xətti ilə Türkiyə üzərindən Avropa, Afrika kimi önəmli iqtisadi bazara çatdırılmasında mühüm yer tutacağını deyən Cahid Turhan Ərzurumun bu böyük layihələrdə önəmli strateji coğrafi mövqedə olduğunu və buradan Bakı-Tiflis-Qars kimi önəmli dəmir yolu xəttinin keçdiyi bildirib.

Qeyd edək ki, sözügedən dəmir yolu xətti Bakı Tiflis, Qars, Ərzurum, Ərzincan, Sivas, Ankara, İstanbul və Qapıqüllə şəhərlərini əhatə edir.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...