Neftin qiyməti kəskin sıçrayıb - 70 dolları keçdi... | Eurasia Diary - ednews.net

19 Oktyabr, Şənbə


Neftin qiyməti kəskin sıçrayıb - 70 dolları keçdi...

İqtisadiyyat A- A A+

İrandan dəstəklənən və silahlandırılan Yəmən şiə qruplaşmasının Səudiyyə Ərəbistanının neft emalı zavodlarına və neft yataqlarına həyata keçirdiyi hücumun nəticəsində dünya birjalarında neftin qiyməti gözlənildiyi kimi kəskin sıçrayışla artıb. Eurasia Diary xəbər verir ki, bu gün London birjası açılan kimi “Brent” markalı neftin qiyməti 14 faizə qədər artıb və 70 dolları keçib. Ötən həftə birjalar bağlananda “Brent” markalı neftin bir barreli 60 dollardan bir neçə sent yuxarı qərarlaşmışdı.

Son məlumatlara görə neftin bahalaşması davam etməkdədir və bazarda ciddi panika hökm sürür. Belə ki, husilərin həyata keçirdiyi dron hücumu nəticəsində Səudiyyə Ərəbistanında gündəlik neft hasilatı yarıdan çox (5.7 milyon barrel) azalıb, bəzi məlumatlara görə ümumiyyətlə dayanıb. “Saudi Aramco” şirkətinin gündə 7 milyon barrel neft emal edən zavodu sıradan  çıxıb.

Ötən həftə sonu ABŞ bazarda vəziyyəti sabitləşdirmək üçün özünün strateji neft ehtiyatlarını işə salacağını açıqlamışdı. Bununla belə neft bazarında panikanın tezliklə səngiyəcəyi ağlabatan görünmür.

Eurasia Diary

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...